Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir

13:09 28-02-2019 | icon 31 | Siyasət
Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir

Yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq.

 

Versus.Az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib:

 

“Slovakiyanın Baş naziri Piter Pelleqrini 2018-ci ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Bakıda səfirliyimizin açılmasında maraqlı olduğumuzu təsdiq etdi. Hesab edirəm ki, səfirliyimiz yaxın gələcəkdə açılacaq”.

 

O, həmçinin iki ölkə arasında vizasız rejimin tətbiqi imkanlarından da danışıb:

“Slovakiya Avropa İttifaqının üzv dövləti kimi Aİ-nin ümumi viza siyasətinə malikdir. Belə olan halda biz ölkələrimiz arasında vizasız rejimin tətbiqi üzrə fərdi ikitərəfli razılaşma əldə edə bilmərik. Ümumiyyətlə isə Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı