“Prezidentin fərmanı 850 minə yaxın vətəndaşı əhatə edəcək”

17:01 28-02-2019 | icon 65 | Gündəm
“Prezidentin fərmanı 850 minə yaxın vətəndaşı əhatə edəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcək”.

 

Versus.Az ONA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Azərbaycan Prezidentinin bir neçə gün öncə keçirdiyi müşavirədə fərmanın imzalanacağı barədə anons verdiyini xatırladan deputat bildirib ki, aparılan təhlillər nəticəsində problemli kreditlərin həlli ilə bağlı konkret mexanizm hazırlanıb və fərman imzalanıb:

 

“Onu da qeyd etmək lazımdır ki, problemli kreditlər bütövlükdə dünyada rast gəlinən bir problemdir və dünyanın bir çox ölkəsində devalvasiya baş verib. Hətta bizimlə qonşu olan Türkiyə, İran və digər dövlətlərdə də bu hal yaşanıb. Eyni zamanda bu problemin həlli ilə bağlı dünya ölkələrində konkret mexanizmlərin tətbiqinə, dövlətin dəstəyinə çox az hallarda rast gəlinir”.

 

Prezidentin imzaladığı fərmanın 10 min ABŞ dollarınadək götürülmüş kredit borclarına şamil olunacağını vurğulayan T.Mirkişili qeyd edib ki, dünya ölkələrində belə bu həcmdə rəqəmlərə rast gəlmək qeyri-mümkündür:

“Bir çox ölkələrdə 1000, bəzilərində 700 dollara qədər kreditlərə güzəştlər tətbiq edilir. Bununla bağlı Azərbaycan cəmiyyətində də müzakirələr gedirdi və bu müzakirələr zamanı 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin olacağı barədə gözləntilər yox idi. Prezident tərəfindən birdən-birə 10 min ABŞ dollarınadək olan kreditlərə güzəştin tətbiq olunması kifayət qədər böyük və əhalinin rifahı üçün atılmış unikal bir addımdır. Bu fərmanın tətbiqi ilə 850 minə yaxın vətəndaşın rifahını gücləndiriləcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”