Azərbaycanın TOP-5 şahmatçısı FİDE reytinqində neçənci yerdədir?

14:04 01-03-2019 | icon 29 | İdman
Azərbaycanın TOP-5 şahmatçısı FİDE reytinqində neçənci yerdədir?

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

 

Versus.Az Report-a istinadən bildirir ki, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 55, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 38, 3-cü sıradakı çinli Dinq Lirendən 22, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 7 xal geri qalır.

Azərbaycanlı digər şahmatçılara gəldikdə, Teymur Rəcəbov da yerində qalıb. O, 2756 xalla 13-cü sıradadır. 13 pillə geriləyən Arkadi Naydiç 2710 xalla 35-cidir. 2701 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. 2664 xalı olan Qədir Hüseynov isə 1 pillə geriləyib və 82-ci yerdədir. 23 pillə geriləyən Eltac Səfərli 2662 xalla 85-cidir.

Qadınlardan Günay Məmmədzadə 2438 xalla 39-cu pillədədir. O, 10 pillə irəliləyib. 2398 xala malik Xanım Balacayeva 2 pillə geriləyib və 64-cü sıraya enib. Gülnar Məmmədova isə "100-lüy"ü tərk edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”