Gürcüstanda 2 124 nəfər Azərbaycan vətəndaşı təhsil alır

14:09 01-03-2019 | icon 24 | Təhsil
Gürcüstanda 2 124 nəfər Azərbaycan vətəndaşı təhsil alır

 

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir.

Versus.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycan vətəndaşlarının 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə oxuyur.

 

İllik müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 578 nəfər azalıb. 2017-2018-ci tədris ilində Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702 nəfər olub.

Ötən ilki tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. Onların hamısı özəl ali məktəblərin tələbəsi olub. Builki tədris ilində isə Azərbaycanın nə dövlət, nə də özəl universitetlərində Gürcüstan vətəndaşı təhsil alır.

Gürcüstanın ali məktəblərində ümumilikdə, 12 234 xarici tələbə oxuyur. Onların 4 236-sı dövlət, 7 998 nəfəri isə özəl üniversitetlərdə təhsil alır. Əcnəbi tələbələr arasında Hindistan vətəndaşları 5 830 nəfərlə birinci yeri tutur. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı