Azərbaycanın ən yaşlı sakini VİDEO

15:36 01-03-2019 | icon 30 | Maraqlı
Azərbaycanın ən yaşlı sakini VİDEO

 

Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakininin adını açıqlayıb. Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı adamı 103 yaşlı Lənkəran sakini Mirzadə Cabbarovadır.

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Sütamurdov kənd sakini Mirzadə nənənin yaşı çox olsa da səhhəti normaldır.

Onun beş övladı, 10 nəvəsi, 20-dən çox nəticəsi  var. Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir.

Mirzadə Cabbarova deyir ki, onun valideynləri də uzun ömür sürüblər.

Əslən Masallı rayonu  Sığdaş kəndindən olan Mirzadə Cabbarova  uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzi və düzgün qidalanmaqda görür.

Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib.

 

Qeyd edək ki, Lənkəranda uzunömürlülərin, yəni yaşı 90-ı keçənlərin ümumi sayı 100 nəfərdən çoxdur.

Statistikaya görə, Azərbaycanda uzunömürlü insanların əksəriyyəti qadınlardır.

Yaş verifikasiyası aparılmış uzunömürlülər arasında son 3 il ərzində Azərbaycanın ən yaşlı sakini Lənkəran rayon Gərmətük qəsəbə sakini Vəsmə Məmmədova hesab olunurdu. O, 2018-ci ildə 108 yaşında dünyasını dəyişib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA