Füzuli rayonunda radikal erməni bəyanatı 

15:59 01-03-2019 | icon 28 | Qarabağ
Füzuli rayonunda radikal erməni bəyanatı 

 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan Dağlıq Qarabağdadır. O, Füzuli rayonuna yollanaraq Xankəndidəki terrorçu rejimin rəhbərliyi ilə Araz çayı sahillərində erməni yaşayış məntəqələrinin yaradılması və bura ermənilərin köçürülməsi məsələlərini müzakirə edib.

 

Versus.Az Sputnik Armeniya-ya istinadən bildirir ki, A.Vanesyan Füzuli rayonunda olarkən deyib: "Qarabağda torpaqların Azərbaycana veriləcəyi barədə iddialar əsassız sözlər, boşboğazlıqdı. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik".

Füzuli rayonunda ermənilər "Araksavan" adlı qəsəbə salmaq, burada infrastruktur yaratmaq və kənd təsərrüfatını inkişaf etdirmək niyyətindədir.

A.Vanesyanın dediyinə görə, ermənilərin bu ərazilərdə yerləşdirilməsi Dağlıq Qarabağ ermənilərin əsas təhlükəsizlik təminatlarından biridir.

"Bəzi adamların guya torpaqları verəcəyimiz, bu barədə danışıqlar aparacağımız barədə bəyanatları elə ərazilərə köç proqramı ilə təkzib olunur. Bu minvalla erməni xalqına və dünyaya dəqiq mesaj verərək deyirik ki, kimsə torpaqları verən deyil. Əksinə, bu ərazilərdə ermənlər yaşamalı və yaratmalıdır", - A.Vanesyan deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA