Erməni agenti Bakıya ekstradisiya edildi və...- YENİLƏNİB

16:07 01-03-2019 | icon 41 | Hadisə
Erməni agenti Bakıya ekstradisiya edildi və...- YENİLƏNİB

 

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

Versus.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

--------

15:01

Rusiyada həbsdə olan Ermənistan xüsusi xidmət orqanların agenti Fəxrəddin Abbasov (Aboszadə) Lyubertsı şəhərində istintaq təcridxanasından yoxa çıxması barədə xəbər vermişdik.

Versus.Az Haqqin.az-a istinadən bildirir ki, saytın əldə etdiyi məlumata görə, erməni xüsusi xidmət orqanlarının agenti Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunub.

 

--------

13:14

Rusiyada həbsdə olan Ermənistan xüsusi xidmət orqanların agenti Fəxrəddin Abbasov (Aboszadə) Lyubertsı şəhərində istintaq təcridxanasından yoxa çıxıb.

Versus.Az Report-a istinadən bildirir ki, bu barədə "Amnesty International"dan bildiriblər.

F.Abbasov ötən ilin sentyabr ayında Moskva vilayətində Azərbaycanın hüquq-mühafizə orqanlarının tələbi əsasında həbs edilib.

Qeyd olunur ki, fevralın 27-də səhər saatlarında bir neçə nəfər Abbasovun olduğu istintaq təcridxanasına gələrək Baş Prokurorluğun onun azadlığa buraxılması barədə məktubunu təqdim ediblər. Onlar Abbasovu özləri ilə aparsalar da, onun şəxsi əşyaları təcridxanada qalıb. "Amnesty International"ın mənbəsinin bu məlumatını daha sonra F.Abbasovun vəkili də təsdiqləyib.

F.Abbasovun fevralın 28-də keçirilməli olan məhkəmə prosesi ərizəçinin yerinin müəyyən edilə bilməməsi səbəbilə martın 18-nə təxirə salınıb.

Onun yeri haqqında məlumat yoxdur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”