Putin və Netanyahu əl sıxdılar

16:12 01-03-2019 | icon 31 | Dünya
Putin və Netanyahu əl sıxdılar

 

 

2018-ci ilin 18 sentyabrında İsrail və Rusiya arasında yaranmış gərginlikdən sonra İsrail baş naziri ilk dəfə Rusiyaya gedib. Netanyahu və Putinin Moskvadakı görüşü iki ölkə arasında yaranmış böhranın aradan qaldırılması ilə nəticələnib.

Versus.Az "Yeni Müsavata" istinadla xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Moskvada Netanyahu Suriyadakı fəaliyyətlərinin Rusiyanın təhlükəsizlik ön plana almaqla davam etrdirəcəyinə söz verib. Xatırladaq ki, ötən il sentyabrın 18-də İsrail qırıcıları Suriyanın şimal-qərbində Aralıq dənizi üzərindən uçuşlar həyata keçirərkən Suriya hava hücumundan müdafiə qüvvələrinin yanlışlıqla o bölgədə kəşfiyyat uçuşu həyata keçirən Rusiyaya məxsus İl-20 kəşfiyyat təyyarəsinin vurulmasına səbəb olub. Rusiya Müdafiə Nazirliyi hadisəyə görə İsrail aviasiyasını ittiham edib və cavab veriləcəyini bildirib.

Görüşün mediaya açıq olan hissəsində danışan Netanyahu deyib ki, Suriyada İrana qarışı mübarizəni davam etdirəcəklər. Eyni zamanda o, Putini Qüdsə dəvət edib. Putin isə dəvəti qəbul edib, Rusiya liderinin qarşıdakı aylarda Qüdsdə Lenninqrad mühasirəsinə həsr olunmuş toplantıya qatılacağı gözlənilir.

Bundan başqa, toplantıda Putin və Netanyahunun Suriyadakı əcnəbi silahlıların çıxarılması ilə bağlı ortaq anlaşma əldə etdikləri məlum olub. O da bildirilir ki, Putin İsrailin Suriyadakı fəaliyyətlərinə məhdudiyyət qoymayıb. Netanyahu deyib ki, bölgədə əsas təhdid İran və müttəfiqləridir. İsrail baş naziri deyib ki, bu təhdidin aradan qaldırılması, İranın İsraili yox etməyə yönəlmiş təhdidlərini aradan qaldırmaq üçün əllərindən gələni edəcəklər.

Məsələ ondadır ki, Suriya münaqişəsinin Bəşər Əsədin qələbəsi ilə başa çatması və nəticəyə görə İranın Suriyada qalması İsrail üçün təhlükəsizlik baxımından ciddi narahatlıq mənbəyidir. Bu səbəbdən də İsrail yəqin ki, İranın Suriyadakı varlığını hədəfə alan hücumları artıracaq.

Qeyd edək ki, İsrail ötən 8 ildə dəfələrlə, xüsusən də son 3-4 ildə sürəkli olaraq Suriya ərazisinə daxil olaraq, İran və Suriya hərbi bazalarını vurur. İsrail hökuməti bildirir ki, onlar İranın Suriyada qalıcı hərbi bazalar qurması və İsrailə qarşı təhdid yaratmasının qarşısını almaq üçün vaxtaşırı İran və “Hizbullah”ın hərbi bazalarını bombalayırlar. Bu zaman təbii ki, Suriya hərbi bazaları, o cümlədən hava limanları hədəfə alınır.

Ancaq Rusiya ilə münasibətlərdə yaranmış soyuqluq və rusların Suriya hökumətinə hava hücumundan müdafiə silahları verməsi İsrailə əlavə problem yarada bilər. Xüsusən də ABŞ prezidenti Donald Trampın ordu qüvvələrini Suriyadan çıxarmaqla bağlı qərarından sonra İsrail hakimiyyəti İranın Suriyada güclənməsindən narahatlığını açıq bəyan edir.

Hələ ötən ilin yayında, İl-20 böhranı baş verməmişdən əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Rusiyaya səfər edərək Putinlə Suriyadakı vəziyyəti müzakirə etmişdi. Həmin vaxt “Sputnik”in xəbərində deyilirdi ki, Moskvada jurnalistlərə verdiyi açıqlamada İsrail baş naziri Moskvada Suriya mövzusunda Putinlə razılaşma əldə etdiyini bildirib. Netanyahu İsrailin Bəşər Əsəd hökuməti ilə heç bir probleminin olmadığını, Suriyada əsas problemin İran və “Hizbullah” olduğunu vurğulayıb. Netanyahu deyib ki, Bəşər Əsədin yenidən Suriyanın bütün ərazisində nəzarəti ələ keçirməsinə İsrailin etirazı yoxdur. Ancaq ehtiyac yaranarsa, İsrail daha əvvəl olduğu kimi, Suriya ordusuna qarşı zərbələr endirmək üçün hərəkətə keçə bilər. Yəni İsrail üçün prioritet İranın regionda güclənməsi təhlükəsidir.

Netanyahunun Moskva səfəri apreldə keçiriləcək seçkilər öncəsi baş nazir üçün ciddi uğurdur. Eyni zamanda təbiidir ki, İsrail Suriyada ona ən böyük maneəni yarada biləcək qüvvə olan Rusiyanı neytrallaşdırmaqla ciddi uğur əldə edib. Putinin bunun qarşılığında nə əldə etdiyi hələlik məlum deyil. Ancaq Rusiya liderinin əsas istəyi Netanyahunun Bəşər Əsədin hakimiyyətdə qalmasına mane olmaması, eyni zamanda İsrailin rusların maraqlarına zərbə vurmamasıdır. Hansı ki, belə görünür ki, sonuncu məsələ ilə bağlı liderlər anlaşıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı