“ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə başlanılıb

16:51 01-03-2019 | icon 38 | Cəmiyyət
“ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə başlanılıb

 

 

Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli fərmanı ilə “Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında edilmiş dəyişikliklərə əsasən, XİN tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilib.

 

Versus.Az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla da, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunub, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer alıb.

Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib.

 

Həmçinin, xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün “ASAN xidmət” mərkəzinə ezam olunublar.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şuşa-Laçın yolu - 2019/VİDEO

Hər Novruz Bayramında kövrəlirəm

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”