Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim

18:10 01-03-2019 | icon 30 | Təhsil
Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim

 

Versus.Az Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alimi təqdim edir.

 

Deyir ki,- “İqtisadiyyatı üç amil irəli aparır. Əmək gücü və onun məhsuldarlığı, kapital qoyuluşu və onun yaratdığı dəyər, bir də texnoloji inkişaf. Və ən başlıcası yüksək nəticəyə doğru istiqamət düzgün olmalıdır. Məsələn, el dili ilə belə söyləmək olar: Yardımlı rayonuna getmək üçün əgər Qazax-Gəncə yolu ilə irəliləsək, xeyli vaxt itirəcəyik. Yardımlıya vaxtında çatmaqdan ötrü Lənkəran-Astara şossesi ilə şütümək lazımdır”…

 

…Atası Xanoğlan Hüseynov əslən Ağdaş rayonundandır. Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində işləyir. İqtisadiyyat elmləri namizədidir. Anası Şaxanım Hüseynova uzun illər Açıq Cəmiyyət İnstitutunda inzibati işdə çalışıb, bir neçə ildir ki, təqaüddədir…

Haqqında söhbət açdığım Fariz Hüseynov 1981-ci ildə Bakıda dünyaya gəlib. 1997-ci ildə 95 nömrəli orta məktəbi bitirib. 1997-1998-ci illərdə Türkiyənin Bursa şəhərində dil kurslarını keçdikdən sonra, iki il Mərmərə Universitetinin bank işi fakultəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin “Biznesin idarə edilməsi” fakultəsində ali təhsil alaraq, bakalavr dərəcəsinə yiyələnib. Sonra bir il İstanbul Universitetinin maliyyə fakultəsinin magistraturasında oxusa da, təhsilini ABŞ-ın İndiana ştatındakı Ball Dövlət Universitetində davam etdirib. 2005-ci ildə burada biznesin idarə olunması üzrə magistr dərəcəsinə yüksəlib(MBA).
2005-2009-cu illərdə Tennesi ştatında Memfis Universitetinin doktoranturasında elmi işlə məşğul olaraq, maliyyə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə sahib olub (PhD). 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakultəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən dosent vəzifəsinədək yüksələ bilib…

 

…Ömür-gün yoldaşı Günel Hüseynova Azərbaycan Aviasiya Akademiyasında bakalavr, Fransanın Strasburq Universitetində isə magistr dərəcələrinə yiyələnib. Yaşadıqları Şimali Dakota ştatının Farqo şəhərində mağazalar şəbəkəsinə daxil olan mağazalardan birinə rəhbərlik edir. İki övladı var. Oğlu Ceyhun 7, qızı Sara isə 2 yaşındadır…

 

Deyir ki- “Amerikaya gəlmək istəyənlərin çox olmasına sevinirəm, amma elə gənclər gəlsin ki, qarşılarında məqsəd olsun. Təhsil almaq, biznes qurmaq niyyəti ilə gəlsələr, uğur qazanacaqlarına şübhəm yoxdur”…

Arzuları çoxdur. Yaxın müddətdə full professor olmaq, ən nüfuzlu elmi jurnallarda məqalələr çap etdirmək, maliyyə sahəsində ekspert kimi fəaliyyət göstərmək onun ən əsas istəklərindəndir. İdmanı çox sevir, ilboyu üzgüçülüklə məşğul olsa da, əsasən qış idman növlərinə həvəslidir. Buz üstündə xokkey oynamağı, konki sürməyi xoşlayır…

Bu səviyyəyə çatmasında valideynlərinə borclu olduğunu dilə gətirir və “məndə elmə həvəsi onlar yaradıblar”,- söyləyir və arzulayır ki, bütün valideynlər övladlarını irəli getməyə və uğur qazanmağa həvəsləndirsinlər…

Bəli, Şimali Dakota Dövlət Universitetində bir gənc alim var. O, azərbaycanlı olduğundan qürur duyur. Və ən başlıcası odur ki, dərslərini Azərbaycan üzərində quraraq, tələbələrinə vətənimizi sevdirə bilir…

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı