“Biz Rusiyanın NATO-dakı “Troya atı” deyilik”

18:21 01-03-2019 | icon 33 | Dünya
 “Biz Rusiyanın NATO-dakı “Troya atı” deyilik”

 

Bolqarıstanın baş naziri Boyko Borisov NATO baş katibi Yens Stoltenberqlə görüşündə ölkəsinin alyansın ən intizamlı üzvü olduğunu söyləyib.

 

Versus.Az xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan hökumətinin başçısı Rusiya ilə yaxınlıq məsələsinə aydınlıq gətirib.

“Biz Moskvanın alyansdakı “Troya atı” deyilik, tam əksinə, ölkəmiz NATO-nun bütün əməliyyatlraında nizamla iştrak edir. Bunun üçün Bolqarıstan yeni çoxfunksiyalı təyyarələrin, iki hərbi patrul gəmisinin və 150 zirehli döyüş maşınının alınması üçün vəsait ayırıb”, - deyə B.Borisov bildirib.

Bununla bərabər bolqar baş nazir Rusiya ilə dialoq tərəfdarı olduqlarını, lakin bərabər səviyyədə danışmaq üçün güclü olmalarının vacibliyini vurğulayıb. Boyko Borisov buna rəğmən NATO-nun Qara dənizdəki varlığının hər zaman əleyhinə olduğunu, çünki bunun bölgədəki turizmin inkişafına zərər verdiyi düşüncəsini daşıdığını diqqətə çatdırıb.

Qeyd edilir ki, keçən ilin sentyabrında Bolqarıstan Rusiya xüsusi xidmət orqanlarını Avropa Birliyinin liderlərini dinləməkdə ittiham etmişdi. Həmin dövrdə isə Avropa Birliyinə məhz Bolqarıstan sədrlik edirmiş.

“Bolqar rəsmilərinin sözlərinə görə, Sofiyada müxtəlif tədbirlər üçün ölkəyə gələn Avropa liderlərinin qaldığı “Marinela” otelində zirzəmidən dama qədər dinləmə aparatları tapılıb.

Beş ulduzlu oteldə baş verən bu qalmaqalla bağlı informasiya burada istintaq-axtarış tədbiləri həyata keçirildikdən və İnterpolun məkan sahibi Vetko Arabacıyevin və oğlunun həbsinə order verməsindən sonra gün işığına çıxıb.

Məlum olub ki, oliqarx V.Arabacıyev Bolqarıstan kommunist partiyasının varisi sayılan və Moskvaya olduqca yaxın Sosialist partiyası ilə dərin əlaqələri var.

Rusiya bu ittihamla bağlı hər hansı şərh verməkdən boyun qaçırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"