"ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK" sindromu

09:32 04-03-2019 | icon 75 | Köşə
"ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK" sindromu

Ya çarəsizsiniz, ya da çarə "SİZ"siniz
(N.F.Qısakürək)

 

 

PAKİZƏ BABAZADƏ

 

ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK sindromu bir psixoloji travma halıdır... bir növ içinə düşə biləcəyimiz ən dərin çuxurdur ki, düşənin çıxması müşkül məsələdir. Bu psixoloji travma elə güclü olur ki, insanda ümidi, inamı öldürərək onun düşünmə qabiliyyətini kütləşdirir, hərəkətetmə həvəsini öldürərək ətalət bataqlığına batırdıqca batırır. İnsan bu sindromun "dustağına" çevrilərək, onun əsarətində yaşamağa məhkum olur.

 

Təbii, insan yaşam boyu müxtəlif çarəsizliklərlə üzləşməli olur, çox zaman da onların öhdəsindən gələ bilir, ya da ən azından az bir zərərlə atladır. Amma ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK insanın hər hansı bir durumda dəfələrlə başarısızlığa uğrayaraq nə etsə də heç bir şeyi dəyişməyəcəyinə, hadisələr üzərində nəzarəti itirib bir daha əsla uğur qazana bilməyəcəyinə özünü inandırıb bütün cəsarətini itirməsidir.

 

Sonradan öyrənilən duyğu olaraq depressiya üçün ən geniş ürəmə alanıdır. Depressiya üçün ən geniş, münbit alan olan bu sindrom hər birimizin içində az və ya çox olaraq özünə yer tapa bilir. Bu inamsızlıq, ümidsizlik çuxuru olan ÖYRƏNİLMİŞ ÇARƏSİZLİYə yaxalanan təslimiyyəti kökdən qəbullənmış olur. İstər fərdin, istərsə də toplumun süurunda bir kəhanət kimi özünə yer eləyir, onu təslimiyyətə, sonra da əsarətə sürükləyir.

 

Bu sindromun caynağına düşən insan, zamanla olaylar qarşısında davranış və onun sonucları arasında əlaqə qurmamağa, öz iradi seçimlərinə dəyər verməməyə başlar. Hətta şərtlər dəyişib, çıxış yolu önünə çıxsa da, təpkisiz qalaraq, qurtulmaq üçün ən kiçik çaba belə göstərməz.

 

Bu sindromun ən pis tərəflərindən biri də onun bulaşıcı xarakterli olmasıdır. Fərddən fərdə keçərək topluma yayılır və bu xəstəliyə yaxalanan toplum qədərinə boyun əyərək düşdüyü ən zəlil durumu qəbullanmaya alışır və səssizcə dözməyə davam edir, özünə güvəni azalır, mənlik duyğusu itir, qorxu, əndişə qəlbinə hakim kəsilir, nəyə isə müdaxilə etməyə istək və cəsarəti olmur, biganələşərək ümidsizcə yaşar, "belə gəlmiş, belə də gedəcək" düşüncəsi ilə seyrci mövqe tutmağı seçər.

 

Statistik məlumata görə dünyadakı heyvan türünün 60℅-dən çoxunun məhvinə mübarizə hissindən məhrum olub, yaşam uğrunda mübarizə aparmamağı səbəb olub. Həyati, özgürlüyü üçün mübarizə aparmayan, buna cəsarəti və əzmi çatmayan fərd, özəlliklə toplumlar tarix boyu məhvə məhkum olmuş, ya da başqalarının köləsinə çevrilmişdir.

 

Bir anlamda bunu İnsana, eləcə də topluma bağışlamaq mümkün deyil, çünki İnsan heyvan deyildir. Onun imkanları da, süuru da ona bu haqqı vermir. Uzun zaman ayağından bağlı qalan fil buxovlarından qurtulsa da, bir addımlıqdakı özgürlüyü görməmiş, alışdığı çarəsizliyi qəbul edərək günlərlə yerindən tərpənməmişdir. Bu gün öz əsarətini qəbullanmış, düşdüyü durumu çarəsiz sayıb dözən toplumun da bu zavallı fildən bir fərqi yoxdur. Axı İNSAN zorla alışdırıldığı çarəsizlikdən çıxmağa, qurtulmağa qadirdir. Çarəsizcə çarəsizliyə boyun əyməməli, zəncirlərindən qurtulmağı bacarmalıdır. Yuxarıda qeyd etdik ki, ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK sindromu genetik xəstəlik kimi irsən ötürülmür, eləcə də insanla bir doğulmur, sonradan qazanılan simptomdur. Uşaqlıqda verilən tərbiyə, əlverişsiz yaşam şərtləri, gücün, zorakılığın yaratdığı qorxu və s. bunun təməlində duran nəsnələrdir. Burda təhsilsizlik, savadsızlıq da böyük rol oynayır. Məntiqlə düşünüb sorunları çözə bilməyən fərdlərin yaratdığı toplum, şiddət və təzyiqin hegemon olduğu totalitar rejimə qarşı mübarizədə aciz qalır. Eləcə də mühafizəkarlığın, qəliblənmiş təfəkkür tərzinin, zərərli adət-ənənələrin hökm sürdüyü toplumlarda da hər cür əziyyət və şiddətə "öyrəşdirilmiş", "böyüklərin işi sorğulanmaz" düşüncəsi ilə yetişdirilmiş İnsandan mübarizlik, qorxmazlıq gözləmək çətindir. Bu gün içində bulunduğu duruma böyük çoğunluqla təpkisiz olan, haqq- hüququnun tapdanmasına, insan yerinə qoyulmamasına dözən, gözünün önündə oynanan oyunları Görüb, Eşidib SUSan azərbaycan toplumu da məhz ÖYRƏNİLMİŞ ÇARƏSİZLİK sindromunun GİROVudur.

 

Bu gün Azərbaycan toplumu kiçikkən ayağındakı zənciri qıra bilməyib zamanla bu çarəsizliyi qəbullənən, böyüyüb bu zənciri bir həmlə ilə qıra biləcəyi halda buna təşəbbüs belə etməyən filə bənzəyir.

 

Bu sindroma yaxalanan İnsan, içində Ölü Ruh daşıyan boş bir bədən, toplum isə bu Ölü Ruhların boş bədənlərinin toplandığı MƏZARlıqdır. Bizim nə içimzdə Ölü Ruh daşımağa, nə də bu ruhların MƏZARlığına çevrilməyə haqqımız yoxdur. Bu gün önümüzdə iki seçim var: - ya bu ÇARƏSİZ ÇARƏSİZLİKDƏN xilas olmalı, Varlığımızı sübut etməli, ya da... yuxarıda deyildiyi kimi: "YA ÇARƏSİZSİNİZ, ya da çarə "SİZ"siniz...."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”