Zəhərli bal

16:24 04-03-2019 | icon 35 | Maraqlı
Zəhərli bal

 

Bu bala bəzən "buz balı" da deyilir. Bu bal azaliya, andromed, bataqlıq çiçəkləri və digər müxtəlif zəhərli çiçəklərdən alınan baldır. Bu bal faydalı yox, çox zəhərli baldır. Zəhərli baldan az miqdarda istifadə elədikdə baş ağrıları, ürəkbulanma, qusma, ishal, dəridə solğunluq, ürəkdöyünmə, zəiflik, qaşınma, bəzən isə qıcolmalar meydana çıxır. Balın tərkibində olan zəhərin miqdarı onun tərkibindəki alkoloidlərin, andrometoksinlərin və rododendronların miqdarından asılıdır. Zəhərli balın ətri xoşagəlməz olur.


Yaponiyada zəhərli arılar zəhəri xotsutsay bitkisindən toplayırlar. Dəfnə çiçəklərindən toplanan balın tərkibində andrometoksin olduğuna görə bu bal da zəhərli bal hesab edilir. Zəhərli balı ən çox Qafqaz bölgəsində yaşayan arılar toplayır. Amma bu bölgədə hansı bitkilərin zəhərli və balverən olması aydınlaşdırılmayıb.


Versus.Az immunitet.az-a istinadən bildirir ki, zəhərli balı yedikdən 20 dəqiqə sonra zəhərlənnmə əlamətləri meydana çıxır. Bu ən çox da zəif və yaşlı adamlarda özünü göstərir.Bu qrupa aid olan adamlar zəhərli bal yedikdə onlarda qusma və ürəkbulanma ilə bərabər yüksək temperatur, gözlərin tutulması, huşun itməsi, nəbzin zəifləməsi baş verir. Bəzən isə nəbzin sayı dəqiqədə 30-a düşə bilir. Bu zaman zəhərlənən adamın üzündə göy ləkələr əmələ gəlməyə başlayır, nəfəsalma çətinləşir, xəstəni soyuq tər basır,əllər və ayaqlar ağrımağa başlayır. Bu əlamətlər 4-5 saat davam edə və xəstədə geridönməz izlər buraxa bilər. Balı yeyən zaman sadalanan əlamətlərin meydana çıxdığı zaman təcili həkimə müraciət etmək lazımdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"