Onlar Heydər Əliyev Mərkəzində çıxış edəcəklər

17:45 04-03-2019 | icon 31 | Mədəniyyət
Onlar Heydər Əliyev Mərkəzində çıxış edəcəklər

 

Mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycana sevgi ilə" konsert proqramı təqdim ediləcək.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur "Time'' jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.

Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi ("Toska", C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

 

Elçin Əzizov (bariton) Azərbaycanın Xalq artistidir. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada "Motsareum" Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının "Half Way Around The World" konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verilib.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiymətləri 40, 50, 60, 80, 100, 120, 150, 200, 250, 300 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şuşa-Laçın yolu - 2019/VİDEO

Hər Novruz Bayramında kövrəlirəm

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”