"Eurovision" təmsilçimizin adı nə vaxt açıqlanacaq?

18:39 04-03-2019 | icon 44 | Şou-biznes
"Eurovision" təmsilçimizin adı nə vaxt açıqlanacaq?

 

"Eurovision 2019" mahnı müsabiqəsinin başlamasına cəmi 3 aydan az müddət qalsa da, təmsilçimizin adı hələ açıqlanmayıb.

 

Versus.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək namizədlər arasında müğənnilər Çingiz Mustafayev, Samirə Əfəndi, Ləman Dadaşova, Tofiq Hacıyevin adı yer alıb.

"İnfe Azerbaijan" səhifəsi məlumat yayıb ki, martın 5-də müsabiqədə səsləndiriləcək mahnımızın tanıtım çarxı yayımlanacaq. Çarxda ölkəmizi bu il hansı müğənninin təmsil edəcəyinin adının açıqlanacı tarix də qeyd ediləcək. Şəxsin adı ilk dəfə İTV-də elan olunacaq.

 

Qeyd edək ki, mahnı və klip üzərində Ukrayna komandası işləyib. Nümayəndə heyətimizdə Konstantin Hudov və bəstəkar-prodüser İsa Məlikov yer alır.

"Eurovision 2019" İsrailin paytaxtı Tel-Əvivdə mayda keçiriləcək. Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq.

Bir neçə gün əvvəl ölkəmizi Çingiz Mustafayevin təmsil edəcəyi xəbəri yayılmışdı. Daha sonra isə xəbərin yalan olduğu bildirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı