"İranın ali lideri həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub"

21:15 05-03-2019 | icon 29 | Siyasət
"İranın ali lideri həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub"

Mənim bildiyim qədəri ilə, İranın ali lideri ayətullah Əli Xamneyi həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub və olacaq.

 

Versus.Az xəbər verir ki, bunu İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman mətbuat konfransında deyib.

 

İ.Türkmanın sözlərinə görə, İranın ali lideri həmişə Azərbaycan xalqına mehribanlığını nümayiş etdirib, hazırda da onun münasibətində heç bir dəyişiklik yoxdur.

İranlı rəsmi əlavə edib ki, Paşinyanın Tehranda yaşayan bir qrup erməni ilə görüşündə asılan plakat və səslənən şüarlar son günlər Azərbaycanla münasibətlərə dair narahatlığa səbəb olub:

 

“Təəssüflər olsun ki, bu narahatlıq İranın Azərbaycan xalqı və dövləti ilə əlaqədar strategiyasının dəyişilməsi şübhəsini yaradıb”.

 

İki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayan İ.Türkman əlavə edib ki, Azərbaycan regionun önəmli ölkələrindən biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı