"Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər

13:08 06-03-2019 | icon 42 | İdman
"Beşiktaş" fanatları Ağcabədidə xeyriyyə aksiyası keçiriblər

Türkiyənin "Beşiktaş" idman klubunun Azərbaycanlı azarkeşləri cəbhəyanı kəndlərə baş çəkərək şagirdlərə hədiyyələr veriblər.

 

Versus.Az xəbər verir ki, azərbaycanlı “Beşiktaş”lılar martın əvvəlində Ağcabədi rayonunun Mişni kənd tam orta məktəbində təhsil alan uşaqlarla görüşüblər.

 

Şagirdlərə müxtəlif kitablar, məktəb ləvazimatları, üzərində "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Məktəblilərlə söhbət edib, onların arzuları barədə danışan “Beşiktaş”lı gənclər bir daha görüşmək ümidi ilə birlikdə xatirə fotosu çəkdiriblər.

 

Bu səfər “Kənd məktəblilərinə yardım” şüarı ilə keçirilən aksiyanın dördüncü tədbiri idi. Azərbaycanlı “Beşiktaş”lılar qrupu bir neçə ay əvvəl Ağdam və iki dəfə Daşkəsən rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərlə görüşmüşdü. Qrup gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində də keçirilməsini planlaşdırır. Yardım aksiyası hər kəs üçün açıqdır, kampaniyaya dəstək olmaq istəyən şəxslər “Facebook”da “Kənd məktəblərinə yardım” səhifəsinə müraciət edərək öz töhfələrini verə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"