Bir qrup şəxsin əlillik təyinatları ləğv edilib

14:50 06-03-2019 | icon 75 | Cəmiyyət
Bir qrup şəxsin əlillik təyinatları ləğv edilib

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (Forma 88) əsasında aparılmış əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.

 

Qanunvericiliyə uyğun olaraq vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir. Göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi üçün müvafiq hərbi-həkim komissiyasının verdiyi şəhadətnamə və qərar əsas götürülür.

 

Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşlar tərəfindən səhiyyə müəssisələrinə təqdim olunmuş qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyən edilib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilmiş siyahı və hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.

 

Aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş materialların araşdırılması nəticəsində müəyyən olunub ki, 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsi əslində olduğundan fərqlidır. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiq edən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb, 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.

 

Göstərilənlərlə əlaqədar əsassız olaraq hərbi səbəblərlə əlaqədar aparılmış əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilmiş vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi və düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır, eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"