AXCP sədri: "Onların fərdi gələcəyini cəhənnəmə çevirməyin vaxtıdır" - VİDEO

15:33 06-03-2019 | icon 52 | Siyasət
AXCP sədri: "Onların fərdi gələcəyini cəhənnəmə çevirməyin vaxtıdır" - VİDEO

"Ölkəmizdə separatizmə yer yoxdur. Ölkəmizi parçalamaq istəyənlər, separatizmə yer verənlər cəzəlandırılmalıdır və Fəxrəddin Abbaszadənin də tutulub azərbaycana gətirilməsi, daha doğrusu hava limanında həbs edilməsi bu qəbildən baxılmalıdır. Çünki Fəxrəddin Abbaszadə doğurdan da vətəninə, torpağına xəyanət edib".

 

Versus.Az-ın məlumatına görə, bunu Cumhuriyyet TV-yə açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. "Azərbaycan bir coğrafi məkan kimi ad daşıyır və orda yaşayan azərbaycanlılar hamısı eyni, bərabər hüquqlara malikdir" deyən partiya sədri vurğulayıb ki, Vətəni bölmək, torpağı bölmək, etnik zəmində separatizm meyillərini canlandırmaq vətənə xəyanətdir:

 

"Bizim hər birimiz azərbaycanlıyıq, etnik mənşəyimiz fərqli ola bilər. Məsələn, mən Oğuz türküyəm. Amma mənim vətəndaşlığım azərbaycanlıdır. Mən özümü Azərbaycanda yaşayan türk hesab edirəm. Onlar Azərbaycanda yaşayan talışlardır. Azərbaycanda yaşayan ləzgilər var, başqa xalqlar var, kiçik etnik mənşəli qruplar var və hər bir kəs Azərbaycanı parçalamaq istəsə təbii ki, buna dözüm göstərilməyəcək. Çünkü bu, Konstitusiyaya ziddir və bütün dünyada belədir. Dünyanın hər hansı bir ölkəsində, ən demokratik ölkəsində belə separatizmə çağırışlar, separatizmə meyillənmə çox ciddi şəkildə cəzalandırılır. Götürək ispaniyanı, Kataloniya ayrılmaq istəyir. İspaniya çox demokratik ölkədir. Amma İspaniya hakimiyyətinin katoloniyaya qarşı apardığı siyasətə fikir verin. Avropa birliyi dövlətlərinin, ABŞ-ın verdiyi reaksiyaya baxın. Təbii ki, vətəni torpağı bölmək olmaz. Hər bir xalqın hüquqları var, hər bir ölkənin konstitusiyası çərçivəsində addımlar atıla bilər. Separatizm qəbul edilməzdir və onun cəzası da böyükdür".

 

R.Nurullayev hesab edir ki, Fəxrəddin Abbaszadə də erməni siyasətçilərinin, erməni dövlətinin təbliğatçısına çevrilib:

 

"O, ermənilərin ona tanıdığı tribunadan Azərbaycanı təhqir edirdi, Azərbaycanı aşağılayırdı və Azərbaycanı separatizmə sürükləmək istəyirdi. Bəzən Rusiyanın bir çox media orqanlarında hansı ki, ermənilərə daha çox məxsusdur, ermənilərin pulları, vəsaitləri ilə fəaliyyət göstərir onlardan da Azərbaycanda separatizm yaratmaq üçün istifadə edirdi. Mən buna təəssüf edirəm. Mən düşünmürəm ki, ağlı başında sağlam bir insan torpağına, vətəninə qarşı separatizm hərəkətləri etsin. Biz tarix boyu bir yerdə yaşamış insanlarıq, bir coğrafiyanı bölüşmüş insanlarıq. Kimsə separatizmə uyacaqsa, iki xalqlar arasında etnik zəmində toxum səpmək istəyəcəksə, cəzası çox böyük olmalıdır, çox ağır olmalıdır və bu da yəqin ki, yerinə yetiriləcək. Çünkü Azərbaycanda tarix boyu etnik zəmində münaqişələr olmayıb. Ancaq və ancaq süni şəkildə bunu ermənilər törədib. Amma diğər xalqlarla bizim heç bir zaman heç bir problemimiz olmayıb və olacağına da inanmıram. Azərbaycan kiçik bir ölkədir. Bu ərazini məhz xaricdən düşmənlərin həvəsləndirilməsi ilə ruhlanaraq bölmək istəyən separatçılar var, onlar da cəzalandırılmalıdır. Xalq bunu istəmir, istər ləzgi olsun, istər talış olsun, azərbaycan türkü olsun, başqası olsun bunlar vətənin, torpağın bölünməsini istəməz. Amma kim bunu bölmək istəyirsə, bunların xarici havadarları var, onların fərdi maraqları var və onları öz xalqı, milləti, torpağı düşündürmür. Ancaq özlərinin fərdi gələcəyi düşündürür. Onların fərdi gələcəyini cəhənnəmə çevirməyin vaxtıdır. Fəxrəddin Abbaszadənin etdikləri vətənə xəyanətdir və bu qəbul edilməzdir".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”