Seiallarda narahatedici məqamlar

17:34 06-03-2019 | icon 39 | Cəmiyyət
Seiallarda narahatedici məqamlar

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) televiziya və radio kanallarının rəhbər şəxsləri ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda teleradio yayımı məkanında teleseriallarla bağlı mövcud vəziyyəti müzakirə edib, problemlərin həlli yollarını tapmaq idi.

 

N.Məhərrəmli Azərbaycan televiziya məkanında serialların mövcud vəziyyətinin çox narahatverici olduğunu bildirib. O qeyd edib ki, serialların ssenarisi, qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleseriallarda bayağı, qeyri-etik ifadələrin işlədilməsi narahatedici məqamlardır:

 

“Ona görə də bu sahədə çalışanlarla məsələləri müzakirə edib problemləri aradan qaldırmaq istəyirik. Ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur. Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsi efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı