Deputat KİV-ə çağırış etdi

18:38 06-03-2019 | icon 137 | Cəmiyyət
Deputat KİV-ə çağırış etdi

Qənirə Paşayeva: “AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq”

 

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva AMEA Qadınlar Şurasının AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə keçirdiyi tədbirdə çıxış edərək KİV-imizi gənc qızlarımıza gözəl örnək olan alim qadınlarımızın cəmiyyətdə daha geniş təbliğinə çağırıb.

 

Versus.Az-ın məlumatına görə, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə çıxış edərək alim qadınlarımızın elmin inkişafında və cəmiyyətdə ziyalı rolundan daşıb, bu istiqamətdə uğurların gələcəyə doğru daha da artacağına inamlarını ifadə ediblər, qadınların elm sahəsində əldə etdikləri uğurları xüsusi vurğulayıblar və onları təbrik ediblər.

 

Millət vəkili Qənirə Paşayeva alim qadınların timsalında bütün qadınları 8 mart - beynəlxalq qadınlar günü münasibətilə təbrik edib, ziyalı, alim qadınlarımızın elmin inkişafında rolu ilə bərabər, ziyalı kimi cəmiyyətimizin inkişafında önəmli rolu barədə geniş danışıb və onun daha da genişlənəcəyinə inamını  ifadə edib. Bütün sahələrdə qadınların rolunun genişləndirilməsinin cənab Prezidentin yürütdüyü siyasətdə xüsusi yer tutduğunu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə atılan önəmli addımları xüsusi vurğulayan millə vəkili alim və ziyalı qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb, elmin müxtəlif sahələrində uğurlara imza atmış alim qadınlarımızın gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə çağırış edib:

 

"Elm sahəsindəki qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımıza çox önəmlidir. Elm sahəsi fədakarlıq, böyük zəhmət tələb edir, elm sahəsində çalışan bütün qadınları təbrik edirəm, onlara önəmli fəaliyyətlərində uğurlar diləyirəm. AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq və inanırıq ki, gələcəyə doğru bu daha da sürətlənəcək. Bütün sahələrdə, dövlətin həyatında, elmdə qadınların rolunun daha genişlənməsi - bu, inkişaf deməkdir və inanırıq ki, elm sahəsinə meyl edən gənc qızlarımız dövlətimizin onlar üçün yaratdığı getdikcə daha da artan imkanlardan istifadə edərək daha da böyük uğurlara imza atacaqlar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı