Kitabı tanıdın, kitabla tanının!

19:58 06-03-2019 | icon 24 | Mədəniyyət
Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalında iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:

  1. ONLINE QEYDİYYATDAN KEÇİN

Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.

2. SEVDİYİNİZ KİTABI SEÇİN

İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).

3. BUKTREYLERİN SSENARSİNİ YAZIN

Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.

4. BUKTREYLERİ HAZIRLADIĞINIZ SSENARİ ƏSASINDA ÇƏKİN

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan smartfonlardan da istifadə etməklə “Ən yaxşı mobil bukteyler” nominasiyasında iştirak edə bilərsiniz.

5. ÇƏKDİYİNİZ MATERİALI MONTAJ EDİN

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.

6. MONTAJ ETDİYİNİZ MATERİALIN SƏS VƏ MUSİQİ TƏRTİBATINI İŞLƏYİN

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması səbəbindən

buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.

 

7. BUKTREYLERİNİZİ FESTİVALA GÖNDƏRİN

Buktreylerinizi www.wetransfer.com saytı üzərİndən 1 aprel 2019-cu il tarixədək festival2019@booktrailer.az ünvanına göndərİn.

8. BUKTREYLERİNİZİ QEYDİYYATDAN KEÇİRİN VƏ QALİB OLMAQ ŞANSINI ƏLDƏ EDİN

Saytımızda qeyd olunmuş “Buktreylerin Qeydiyyatı” linkinə keçid etməklə oradakı məlumatları doldurun.

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

 

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı