Ermənilərin sıx yaşadığı şəhərdə Azərbaycanla bağlı tədbir keçirilib

14:13 07-03-2019 | icon 36 | Siyasət
Ermənilərin sıx yaşadığı şəhərdə Azərbaycanla bağlı tədbir keçirilib

 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu "Knox" Presviterian Kilsəsinin dəvətilə həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib.

 

Versus.Az Milli.Az-a istinadla xəbər verir ki, Konsulluqdan verilən məlumata görə, təqdimatdan öncə Azərbaycandakı dinlərarası harmoniyaya həsr olunmuş çarx nümayiş etdirilib. Sonra çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizdə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkəmizin qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.

 

N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristiyan, yəhudi, bəhai, zərdüşt və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul bu gün dinlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışaraq, Birinci Vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda katakombaların, eləcə də Fransa, Rusiya və başqa ölkələrdə kilsələrin bərpası üçün gördüyü işləri qeyd edib.

 

Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, Xocalı soyqırımı haqda iştirakçıları məlumatlandırıb. N.Ağayev qeyd edib ki, Ermənistan həm öz ərazisində, həm də işğal olunmuş ərazilərimizdəki dini və mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirib. Baş konsul həmçinin bildirib ki, müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monoetnik və təkdinli dövlətə çevrilib, etnik və dini nifrətin müxtəlif formaları olan Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də antisemitizm burada uzun illər dövlət siyasəti səviyyəsinə yüksəldilərək, erməni kimliyinin ayrılmaz parçası halına gəlmişdir.

 

N.Ağayev sonra iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Los Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir. Bu, 500 minədək erməninin yaşadığı Los Anceles Vilayətində erməni icması və lobbisinin sıx mövcud olduğu bölgədə keçirilən ilk Azərbaycan təqdimatı olub. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"