Nazirlikdən yataqxanada yanğın zamanı xəsarət alan 2 nəfərlə bağlı AÇIQLAMA

14:18 07-03-2019 | icon 30 | Hadisə
Nazirlikdən yataqxanada yanğın zamanı xəsarət alan 2 nəfərlə bağlı AÇIQLAMA

 

Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan iki nəfərin müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. 

 

Versus.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, vəziyyəti stabil olan iki şəxsin müalicəsi üçün lazımi tədbirlər görülür.

Onların da sabah evə buraxılması gözlənilir.  

Qeyd edək ki, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hazırda Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub. 

Yanğın nəticəsində 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu ölüb. 5 nəfər isə tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-ü martın 6-da evə buraxılıblar. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA