Türkmənlərə qarşı terror davam edir - ÖZƏL

14:24 07-03-2019 | icon 153 | Dünya
Türkmənlərə qarşı terror davam edir - ÖZƏL

Dünən gecə Mahmur və Dıbıs ətrafında baş verən terror hücümu zamanı 6 nəfər türkmən şəhid olub, çoxlu sayda yaralılar var.

 

Türkməneli Partiyasının qərargahından versus.az-a verilən məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti agırdır. Məlumatda deyilir:

 

“Təəssüf ki, İraqda türkmənlərə qarşı terror davam edir. PKK və İŞİD müxtəlif yerlərdə pusquda dayanıb, xaincəsinə hüçumlar edirlər. Dünən geçə saatlarında türkmən torpaqlarını qəhrəmancasına qoruyan Haşdi Şabi konvoyuna hücum nəticəsində 6 nəfər hadisə yerində həlak olub, çoxlu sayda yaralılar var. Yaralılar xəstəxanaya yerləşdirilib, çoxunun vəziyyəti agırdır. Tuzhurmatıdan olan şəhid qardaşlarımız türkmən torpaqlarını terrorçulardan qəhrəmancasına qoruyurdular. Nə yazıq ki, terrorçular türkmənlərə qarşı xain terror planlarından, qətllərdən əl çəkmirlər. Çox vaxt pusqu qurub, terroru gecə saatlarında törədirlər”.

 

Türkməneli partiyasının qərargahından onu da əlavə etdilər ki, hazırda təhlükə davam edir. Türkmənlərin müdafiəsi, təhlükəsizliyi üçün önləmlər alınır:

 

“Bütün bunlar yetərli deyil. Çünki terrorçuların nə vaxt, haradan hüçum edəcəkləri bəlli olmur. Son illər on mindən artıq şəhid verən Türkməneli şəhidlərinin sırasına dünən gecə altı oglumuz da qoşuldu. Bütün zorluqlara baxmayaraq geçə - gündüz ayaqdayıq, torpaqlarımız, xalqımız ugrunda şəhid olmaga hazırıq. Təəssüf ki, terrorun sonu görünmur”.

 

ALLAH şəhid olan türkmən qardaşlarımıza rəhmət eləsin. Məkanları cənnət olsun. Ailələrinə səbr, yaralılara şəfa diləyirik.

 

Ağanisə Sultanova
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"