Deputat xarici maşın hədiyyə edəcək

14:35 07-03-2019 | icon 22 | Təhsil
Deputat xarici maşın hədiyyə edəcək

 

“Məktəblərə əvvəlcə müəllimlər gəlsin, sonra 700 baldan danışarıq” 

 
Versus.Az AzEdu.az istinadla bildirir ki, 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov Lerik rayonu üzrə 700 bal toplayan abituriyent olarsa, ona xarici maşın hədiyyə ediləcəyini açıqlayıb.

Deputat qeyd edib ki, bu məqsədlə, Rusiyada, Bakıda olan iş adamları ilə görüşlər keçirib.

Bəs, deputatın təklifi abituriyentlərin dərsə olan marağına necə təsir göstərəcək?

Blaban kənd orta məktəbinin Coğrafiya müəllimi Amil Məmmədov açıqlamasında İqbal Məmmədovun fikrini təqdirəlayiq hesab edib:

“Bu addım uşaqlara stimul verəcək və onların dərsə olan həvəsini artıracaq. Fikri dəstəkləyir, hörmətli deputatımıza təşəkkür edirəm. İdeyanı çox bəyəndik. Bu il Lerikdən 700 bal toplayanın olub-olmayacağını  indidən proqnozlaşdırmaq olmaz, amma inanıram ki,bu sevinci biz də yaşayacağıq. Abituriyentlərimizin də təklifə münasibətləri yaxşıdır. İdeya gələcəkdə digər şagirdlərin dədaha həvəsli oxumasına, dərslərinə məsuliyyətlə yanaşmasına şərait yaradacaq”.

Vistən kənd tam orta məktəbinin Riyaziyyat müəllimi Rusif Məmmədov da qərarı müsbət addım kimi dəyərləndirib:

“Bu fikrə münasibətimiz çox yaxşıdır. Amma 700 bala namizəd şagird yetişdirmək üçün gərək məktəblərdə bütün  ixtisaslar üzrə müəllimlər çalışsın. Xüsusilə də əvəzedici müəllimlərin əsas fənləri tədris etməsi düzgün deyil. Müəllimlərin dərs bölgüsündə də düzgünlük qorunmalıdır. Fənni tədris edənin 700 ballı abituriyent hazırlamağa gücü olmalıdır. Məktəblərdə laboratoriyalar qurulub, lazımi şəraitlə təmin olunmalıdır. Hazırda Lerikdə ixtisas müəllimlərinin əksəriyyəti yoxdur”.

Rusif Məmmədov qeyd edir ki, müəllim çatışmazlığı səbəbindən dərs bölgüsü diaqnostik bala görə aparılmır:

 

“Bu cür şərait mövcud olduğundan Lerik rayonundan 700 bal toplayan şagird çətin olsun. Bu nəticəni əldə etmək üçün şagird gərək, ya rayon mərkəzindəki məktəblərdən birində oxusun, ya da başqa rayonlarda repetitor yanına getsin. Başqa cür, Lerikdə 700 bal toplayan abituriyentin olması inandırıcı deyil. Çünki məktəblər tam şərait və müəllimlə təmin olunmayıb. Gənc müəllimlər bura gəlməyə maraq göstərmirlər. İlk növbədə, müəllimləri cəlb eləmək lazımdır ki, onlar da 700 ballıq şagird hazırlaya bilsinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı