Müəllim və həkimlərə ipoteka kreditləri verilsin - təklif

14:40 07-03-2019 | icon 23 | Təhsil
Müəllim və həkimlərə ipoteka kreditləri verilsin - təklif

 

"Ombudsmanın müəllim və həkimlərə ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram”.

 

Versus.Az AzEdu.az-a istinadla bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.

O, eyni zamanda, komitədə müəllimlərə güzəştli ipotekaların verilməsi ilə bağlı gələcək təkliflərin yüksək qiymətləndiriləcəyini bildirib:

“Ombudsmanın müəllim və həkimlər üçün ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram. Bu, çox əhatəli və yaxşı hazırlanmış hesabat idi. Qazandığımız hər bir uğurun arxasında müəllimlərimiz dayanır və ömrümüz boyu onlara borcluyuq.

Əgər Milli Məclisin Elm və təhsil komitəsinə müəllimlərə güzəştli ipotekaların verilməsi ilə bağlı hər hansı bir sənəd gələrsə biz onu yüksək qiymətləndirərik.

Son illər dövlət tərəfindən təhsilimizlə bağlı ciddi addımlar atılır. Ölkədəki savadlılıq demək olar ki, dünyanın qabaqcıl ölkələri ilə eynidir. Bu baxımdan, ombudsmanın müəllimlərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklifini təqdirə layiq hesab edirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı