"Bir də eşidəcəksiz ki, özümü asmışam" 

14:46 07-03-2019 | icon 24 | Cəmiyyət
"Bir də eşidəcəksiz ki, özümü asmışam" 

 

Bir vaxtlar Azərbaycanın ən məşhur məşqçilərindən olan Zakir Mahmudov çətin günlər yaşayır.

 

Versus.Az Mill.Az -a istinadla xəbər verir ki, Sumqayıt futbolunun adlı-sanlı yetirmələrindən olan Mahmudov uzun müddətdi işsizdir.

 

"Şəmkir" çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi idi. "Karvan" UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda köməkçi-məşqçi kimi çalışırdı.

"Futbol+" qəzetinin əməkdaşıyla söhbətində Zakir bəy bildirib ki, işsizlikdən evini satmağa məcbur olub:

"Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm. Həyat yoldaşım xəstədi, işləyə bilmir.

Əlimdəki pulları verib, Sumqayıtda "Karvan" Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı.

Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi" öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa 200-250 manatlıq bir iş versinlər,daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?

Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb..."

Milli.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"