Gənc müəllimlərə güzəştli şərtlərlə mənzil verilsin - təklif

14:57 07-03-2019 | icon 23 | Təhsil
Gənc müəllimlərə güzəştli şərtlərlə mənzil verilsin - təklif

 

Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər açıq-aşkar hiss olunmaqdadır. 

Ümumiyyətlə, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllimlərə dövlət qayğısı ilbəil artır. 

Müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə keçirilən diaqnostiq qiymətləndirmədən  uğur qazananların maaşı  2 dəfədən çox qaldırıldı. 

Buna baxmayaraq, Milli Məclisdə müəllimlərə  müəyyən güzəştlərin olması ilə bağlı millət vəkilləri tərəfindən bir sıra təkliflər zaman-zaman səsləndirilib. 

Bu təkliflər arasında ən çox səslənən isə gənc müəllimlərə güzəştli şərtlərlə mənzillərin verilməsi olub.        

Həmçinin, parlamentin martın 5-də keçirilən yaz sessiyasının plenar iclasında İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova özünün illik hesabatı zamanı ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsini təklif edib. Bu təklif iclas zamanı deputatlar tərəfindən yüksək qiymətləndirilib. 

Versus.Az AzEdu.az-a istinadla xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Elmira Süleymanovanın təklifindən əvvəl  də Milli Məclisin komitə və plenar iclaslarında dəfələrlə müəllimlərə, həkimlərə və çoxuşaqlı ailələrə güzəştli şərtlərlə ipoteka krediti ilə mənzil almaları ilə bağlı təkliflər irəli sürülüb: 

“Ombudsman  Elmira Süleymanovanın təklifindən öncə də bu məsələ Milli Məclisin bəzi deputatları tərəfindən bir neçə dəfə qaldırılıb. Xüsusilə də gənc müəllim və həkimlərə güzəştli ipoteka kreditlərinin verilməsi təklif edilib. Çünki  onların ipoteka kreditləri ilə bağlı doğrudan da problemləri var. Bu baxımdan, Ombudsmanın öz məruzəsində belə bir fikirlə çıxış etməsi çox yaxşı haldır. 

Milli Məclisdə bununla bağlı hər hansı bir sənəd qaldırılarsa, şübhəsiz, öz təsdiqini tapacaq. Eyni zamanda, həmin təklif yaxşı hazırlanmış formada ölkə başçısına təqdim edilərsə, yüksək qiymətləndiriləcəyinə əminəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Prezident onları əfv etdi - SİYAHI

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

"Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir"