Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularını təltif edib 

15:18 07-03-2019 | icon 44 | Gündəm
Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularını təltif edib 

 

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Daxili Qoşunların aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Muradov İnqilab Heydər oğlu
polkovnik Niftaliyev Səlim Cəfər oğlu

Prezident İlham Əliyev, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Daxili Qoşunların yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:

“İgidliyə görə” medalı ilə

Xudiyev Vilayət Yunus oğlu – leytenant (ölümündən sonra)
Qasımov Elşən Oruc oğlu – əsgər (ölümündən sonra)

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Namiq Yədulla oğlu – polkovnik
Bayramov Kamal Damad oğlu – polkovnik-leytenant
Əliyev Yaşad Ayıl oğlu – polkovnik-leytenant
Əsgərov Zöhrab Əvəzağa oğlu – polkovnik-leytenant
Fərəcov Fariz Mirzağa oğlu – polkovnik-leytenant
İbrahimov Əfqan Musa oğlu – polkovnik-leytenant
Məmmədov Emin Arif oğlu – polkovnik-leytenant
Musayev Alışan Həbosət oğlu – tibb xidməti polkovnik-leytenantı
Umudəliyev Vaqif Rəşaiq oğlu – polkovnik-leytenant
Yusubov Natiq Yusif oğlu – polkovnik-leytenant
Rəhimov Zaur Şirinbəy oğlu – mayor
Rizvanov Anar Tofiq oğlu – mayor
Seyidov Orxan Mir Qafar oğlu – kapitan
Rüstəmov Elçin Kərəm oğlu – baş gizir

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı