Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış  

16:25 07-03-2019 | icon 27 | Dünya
Əfqanıstanda Baş nazir və keçmiş prezidentin qatıldığı mərasimdə partlayış  

 

Əfqanıstanın icra strukturunun başçısı (Baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay və xarici işlər naziri Səlahəddin Rəbbaninin iştirak etdiyi tədbirdə törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 31 nəfər yaralanıb.

Versus.Az xəbər verir ki, yaralananlar arasında Əfqanıstan Prezidentliyinə namizəd Lətif Pedr də var.

-----------

14:01

Əfqanıstanın paytaxı Kabulda din xadimi Abdul Əli Məzarinin vəfatının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimi zamanı törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Versus.Az Report-a istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib.

O, hadisə ilə bağlı araşdırma aparıldığını deyib. 

 

Mərasim keçirilən yerdə ard-arda azı 10 partlayış törədilib. Tədbirdə Əfqanıstanın icra strukrutunun başçısı (baş nazir) Abdullah Abdullah, ölkənin keçmiş Prezidenti Həmid Karzay, xarici işlər naziri Səlahəddin Rəbbani və keçmiş Prezidentin müşaviri Hanif Atmar da iştirak edib. 

----------
13:54

Hindistanın Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.

Versus.Az xəbər verir ki, hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olmadığı deyilir.

Qeyd olunur ki, naməlum şəxslər avtobus dayanacağa yaxınlaşarkən qumbara partladıb.

Hazırda həmin şəxslərin axtarışları aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı