Adelin dizayneri Bakıda

16:46 07-03-2019 | icon 35 | İncəsənət
Adelin dizayneri Bakıda

 

"Artıq 4 gündür Bakıdayam, ümumilikdə 6 gün qalacam. Şəhəri gəzdim, çox gözəldir. Burada həm müasirlik, həm də qədim ab-hava var".

Versus.Az  xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında dünyaca məşhur dizayner Cohn Kooney deyib. Aparıcı Hacı Nuran Hüseynovla birlikdə qala gecələrdən birinə qatılan dizayner Bakı təəssüratlarını bölüşüb: 

"Qız qalası, "İçərişəhər"də oldum. Hökümət evinin binası çox möhtəşəmdir. Mənim fikrimcə Azərbaycan darıxdırıcı ölkə deyil. Mənə görə gözəl arxitektura olan yerdə klublar bol olan şəhərdən daha çox zövq ala bilirsən. Hər zaman yeniliklər görməyə alışmışam. Burada qədimilik görmək mənə xoş təəssürat bağışladı".

Dizayner Azərbaycan xanımlarının çox baxımlı olduğunu deyib:

"Qadınlar burada çox gözəldir və baxımlıdırlar. Özlərinə qulluq etməyi sevirlər. Onlar küçəyə çıxmazdan əvvəl hazırlaşırlar, gözəl görünməyə çalışırlar, çox bəzənirlər. Bunu sevdim".

Cohn Hacı Nuranın rəngli geyimlərinə də münasibət bildirib:


"Hacı Nuranın geyimləri çox pozitivdir. Bəyəndim, öz brendini də yaradacaq. Maraqlı tərzi var. Onun özünəməxsus tərzi var, onu dəyişməyi heç istəmərəm".

Kooney bir çox məşhur sima ilə çalışdığını söyləyib. O bildirib ki, çalışdıqları arasında dünya ulduzu Adel də yer alıb:

"Dünyanın bir çox məşhur simaları ilə çalışmışam. Mənim brendim fərqlidir. Çox özəl əşyalar istehsal edirik. Məşhur iş adamlarının, hətta prezident ailələrinin də geyimlərini, aksesuarlarını hazırladığım an olub. Bir də müğənni Adellə çalışmışam. Biz geyim, aksessuarlar, çantalar hazırlayırıq. Dizaynını verdiyim hər şey əl işidir. Azərbaycanda da bir məkan açmağı düşünürəm. Təkcə qadınlar yox, kişilər üçün də məhsullar hazırlayırıq. Hətta bura üçün xüsusi kolleksiya fikirləşmişəm".

"Azərbaycandan özünüzlə nə aparacaqsınız" sualına isə dizayner belə cavab verib:

"Kürü aparacam. Çox sevdim, möhtəşəmdir. Bir də sizdə özəl xalçalar var, mütləq alacam. Pomidor və göy soğanla hazırlanan salatı, paxlavanı çox sevdim. Bir çox yeməklərinizdən dadmışam". 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı