Rusiyalı jurnalistən Ermənistanı qorxudan təhlil

 

16:55 07-03-2019 | icon 33 | Qarabağ
Rusiyalı jurnalistən Ermənistanı qorxudan təhlil
 

 

Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: "Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq".

Versus.Az yerli mediaya xəbər verir ki, rusiyalı ekspert Nikita İsayev bu fikirləri şərh edib.

İsayev hesab etmir ki, hazırda erməni cəmiyyəti parçalanıb. Lakin onun fikrincə, Ermənistanda yeni elitaların formalaşması və mübarizəsi gedir.

"Birincisi, Ermənistan cəmiyyətində müxtəlif siyasi qruplar müəyyən səlahiyyətlərə sahib olmaq uğrunda mübarizə aparırlar. Mübarizənin əsas tərəfi iqtiadiyyatın müxtəlif sektorlarına nəzarət uğrundadır.

İkincisi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni cəmiyyətində narahatlıq yaradıb, xüsusilə Robert Köçəryna 2008-ci il 1 mart hadisələrinə görə cinayət işinin açılması bu narahatlığı artırıb.

Üçüncüsü, erməni cəmiyyəti anlamağa çalışır ki, ölkənin iqtisadi və siyasi təhlükəsizliyinə hansı güc zamin olacaq: Rusiya, ABŞ, Çin, Avropa Birliyi ölkələri - Almaniya və ya Fransa? Nikol Paşinyanın hazırda həyata keçirdiyi "qayıq diplomatiyası" belə sualların yaranmasına səbəb olur. Bu proseslər fonunda Qarabağda hərbi eskalasiyanı istisna etmirəm, lakin bu, Rusiyanın zəiflədilməsi üçün onun sərhədlərinə yaxın ərazilərdə müharibələrin başladılması planının bir parçası ola bilər", - deyə İsayev vurğulayıb.

Rusiyalı ekspert Moskvanın İrəvanda siyasi gücünü möhkəmləndirmək üçün təzyiq rıçaqlarından istifadə edəcəyini hesab edir. Onun sözlərinə görə, Moskva və İrəvan arasında əsas problem konkret dialoqun yoxluğudur, buna görə də Ermənistan Qərbə doğru üz tutur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"