Qənirə Paşayeva "İlin İşgüzar Xanımı" oldu

11:29 09-03-2019 | icon 138 | Cəmiyyət
Qənirə Paşayeva "İlin İşgüzar Xanımı" oldu

 

Qadınlar Günü münasibətilə təşkil olunmuş tədbirdə Mətbuat firmasının təsis etdiyi "İlin İşgüzar Xanımı" mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevanın millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bi mükafata layiq görüldüyü vurğulanıb.

 

Versus.Az-ın məlumatına görə, təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bütün qadınları Qadınlar Günü münasibətilə təbrik edib. O, ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, 1-ci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə ölkəmizdə qadınların cəmiyyətin bütün sahələrində rolunun genişləndiyini deyib və qadınlara hər sahədə daha da böyük uğurlar diləyib:

 

"Mən də daxil olmaqla hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da gözəl bayramları qeyd edəcəyik və bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”