Bu universitetin tələbələri ideyalarını biznesə çevirə biləcəklər

12:51 11-03-2019 | icon 20 | Təhsil
Bu universitetin tələbələri ideyalarını biznesə çevirə biləcəklər

Qərbi Kaspi Universitetində yaradılmış İdeya Bankı tələbələrə öz ideyalarını biznesə çevirməyə imkan yaradacaq.

 

Versus.Az xəbər verir ki, Universitetin Texnoparkında qurulmuş sistemin mahiyyəti universitet tələbələrinin innovativ təşəbbüskarlıq və ixtiraçılıq qabiliyyətlərinin, bu istiqamətdə ideyaların ortaya çıxarılması, onlara dəstəyin verilməsi işinin təşkilindən ibarətdir.

 

Bunun üçün texnoparkda mexatronika və robototexnika laboratoriyası, biznes inkubasiya mərkəzi, ideya bankı, Texnoloji Prototip Startup Mərkəzləri yaradılıb.

 

İdeyanın biznesə çevrilməsi üçün o, aşağıdakı mərhələlərdən keçməlidir:

İdeya bankı

Tələbə ideyasını İdeya Bankına daxil edir. İdeya bütün aspektlərdən qiymətləndirilir, tətbiq miqyası, innovativliyi, nə qədər praktik əhəmiyyət kəsb etməsi nəzərdən keçirilir. İdeyanın uğurlu realizəsi, perspektivi yüksək dəyərləndirilirsə, təkmilləşdirilməsi üçün məsləhətçi təyin edilir.

 

Texnoloji Prototip Mərkəzi

İdeyanın tətbiqi üçün şəkilləndirilməsi məqsədi ilə onun texnologiyası üzərində işləmək, prototipini formalaşdırmaq zərurəti yaranır.

Bunun reallaşdırılması üçün universitetdə Texnoloji Prototip Mərkəzi yaradılıb. Burada mövcud olan metal, taxta, plastik emalatxanalarında qaynaq və lehimləmə işlərini həyata keçirmək mümkündür.

 

Tələbələrimiz bu laboratoriyalarda ideyaya aid olan müvafiq cihazın prototipini (maketini yox, praktik olaraq işlək olan ilk nümunəsini) hazırlamalıdırlar. Bu prototip ideyada nəzərdə tutulan imkanları tam olaraq nümayiş etdirmək qabiliyyətində olmalıdır.

 

Biznes İnkubatoru

Prototip hazır olduqda artıq aydın olur ki, ideya işləyəcək və onun üzərində biznesin qurulması haqda düşünmək vaxtıdır.

Bu mərhələdə tələbə öz yaradıcı işi ilə universitetin Biznes İnkubatoruna müraciət edə bilər. Burada təcrübəli mütəxəssislər tələbəyə həmin prototipin istehlak bazarını öyrənməyə, cihazın hansı həcmdə istehsal olunmasının məntiqli olduğunu müəyyən etməyə, hansı qiymətə satıla biləcəyini dəqiqləşdirməyə, potensial istehlakçılarla ilkin danışıqların aparılmasına, istehsal təşkil olunarkən hansı texnoloji makina və dəzgahlara ehtiyac olacağını, makinaların hansı ölkədən alınmalı olduğunu və kapitalın həcmini müəyyən etməyə kömək edirlər, istehsal üçün ən uyğun şirkət formasının seçimi və qeydiyyatında dəstək göstərirlər.

 

Startup Mərkəzi

Beləliklə, layihə artıq qeydə alınmış şirkəti, biznes planı, istehsal olunacaq cihazın prototipi və s. biznes detalları hazır şəkildə Startup Mərkəzinə keçir.

Startup Mərkəzində Startup şirkətinin satılması və yaxud istehsal üçün investorun tapılmasına dəstək verilir.

Müvafiq istiqamət üzrə maraqlı ola biləcək şirkətlərə, banklara müraciət olunur. Startup-ın satışı və ya tələbənin pay sahibi kimi saxlanılması şərti ilə investorun cəlbi təmin edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”