Jurnalistlərimizin məsələsi ilə bağlı Rusiya ombudsmanına müraciət edildi

13:27 11-03-2019 | icon 19 | Siyasət
Jurnalistlərimizin məsələsi ilə bağlı Rusiya ombudsmanına müraciət edildi

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.

 

Versus.Az xəbər verir ki, müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru, Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.

 

Müvəkkil E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq kovensiyalarda və Rusiya Federasiyası qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiyanın ombudsmanından xahiş edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şuşa-Laçın yolu - 2019/VİDEO

Hər Novruz Bayramında kövrəlirəm

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”