Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

14:09 11-03-2019 | icon 21 | Dünya
Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

 

Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada 23-cü yeri tutub.

 

Versus.Az report-a istinadən bildirir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında göstərilir.

Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları Rusiya (51%), İsrail (43%) və Türkiyədir (2,8%).

Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdə ABŞ, Rusiya, Fransa qərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.

Dünyanın ən böyük 5 silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının 75%-ni təmin edib.

Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.

Dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı 192% artırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA