"İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır"

12:35 12-03-2019 | icon 14 | Siyasət
"İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır"

İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır.

 

Versus.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Azərbaycan və Ermənistan razılaşdığı halda İran iki ölkənin mənafeyi çərçivəsində münaqişənin həllinə çalışmağa hazırdır.

Diplomat əlavə edib ki, Azərbaycan İranın mühüm qonşularından biridir və Tehran və Bakı strateji əlaqələri mövcuddur:

 

“Qarşılıqlı səfərlər, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfəri iki ölkənin qarşılıqlı yüksək etimadının göstəricisidir”.

 

İki ölkənin iqtisadiyyat sahəsində əlaqələrə önəm verdiyini deyən sabiq səfir Rəşt-Qəzvin dəmir yolunun istismara verilməsi və Rəşt-Astara dəmir yolunun inşasına başlanıldığını bildirib.

Azərbaycan və İran arasında yükdaşıma tariflərinin azaldılması məsələsinə toxunan M.Pakayin qeyd edib ki, məsələ birgə komissiyanın iclasında növbəti dəfə müzakirə ediləcək və yekun qərar veriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı