3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılacaq

12:39 12-03-2019 | icon 40 | Siyasət
3 yaşa qədər uşaqlara müavinətin artırılması məsələsinə baxılacaq

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bunların hər biri Azərbaycan əhalisinin güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Komitə sədrinin sözlərinə görə, minimum əməkhaqqının, pensiyaların və tələbələrin təqaüdlərinin, Qarabağ əlillərinə verilən müavinətlərin artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir:

 

“Prezident İlham Əliyev bildirib ki, bu addımlar davamlı olacaq. Dövlət başçısı tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

 

H.Rəcəbli qeyd edib ki, bu gün çox eybəcər "elektron müharibə" gedir, eybəcər addımlar atılır, lakin bütün bunlar Prezident İlham Əliyevin gördüyü işlərə kölgə sala bilmir:

"Cəmiyyət də bütün imkanlardan istifadə edib sabitliyi qorumalıdır, bunun üçün Prezidentin ətrafında daha sıx birləşməlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı