Rusiyada qəzada ölən azərbaycanlıların sayı artıb

16:20 12-03-2019 | icon 28 | Hadisə
Rusiyada qəzada ölən azərbaycanlıların sayı artıb

 

Rusiyanın Stavropol diyarında baş verən ağır yol qəzasında yaralanan azərbaycanlı sərnişinlərdən daha biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada keçinib

 

Versus.Az bu barədə Stavropolun Səhiyyə Nazirliyi rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərdən ikisi artıq xəstəxanadan buraxılıb, daha bir azərbaycanlı reanimasiyada ölümlə çarpışır.

“İki nəfər artıq xəstəxanadan buraxılıb, komaya düşmüş 30 yaşlı pasiyent isə ölüb. Həkimlər başqa bir sərnişinin sağ qalması uğrunda mübarizə aparır. Onun vəziyyəti son dərəcə ağırdır”, -deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, martın 6-da baş verən qəzada azərbaycanlı sərnişinləri Moskvaya daşıyan “Mercedes Vito” markalı mikroavtobus ZİL markalı yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində hadisə yerində dörd nəfər həyatını itirib, iki nəfə xəstəxanaya çatdırılan vaxt yolda keçinib.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı