Sabahın HAVAsı

13:17 13-03-2019 | icon 17 | Cəmiyyət
Sabahın HAVAsı

 

Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Versus.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

Martın 14-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı