"Ronaldu dünyanın ən yaxşı oyunçusudur" - Simeone

13:27 13-03-2019 | icon 19 | İdman
"Ronaldu dünyanın ən yaxşı oyunçusudur" - Simeone

 

"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik.

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

"Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm. Sadəcə, rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq" - o söyləyib.

Argentinalı mütəxəssis Turin klubunun üç qolunun müəllifi olan Kriştianu Ronaldunun onun hərəkətini təkrarlamağına da münasibət bildirib: "Ronaldu dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldunun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldu belə böyük klubun ruhunu nümayiş etdirdi".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı