"Ermənistan özü öz işğalçılıq siyasətini faş etdi"

14:56 13-03-2019 | icon 154 | Siyasət
"Ermənistan özü öz işğalçılıq siyasətini faş etdi"

"Ermənistan hakimiyyətinin Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirməsi diplomatiya baxımından onların kobud səhvi idi. Hakimiyyət bu addımla Ermənistanın işğalçılıq siyasətini faş etdi, Qarabağı işğal etmiş olduqlarını bəyanlamış oldu".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədr müavini Mehriban Sadıqova bildirib. M.Sadıqova qeyd edib ki, bilərəkdən və ya bilməyərəkdən, bu, çox böyük siyasi səhv idi:

 

"Əslində onların məqsədi "biz bu torpaqları geri qaytarmayacağıq" fikrini Qarabağ ermənilərinə aşındırmaq idi. Mənfur qonşularımız bizə göz dağı olsun deyə, həmin ərazilərdə yollar salır, evlər inşa edirlər. Onların aləmində bu faktlar "bizi ruhdan düşməyə vadar edəcək" kimi hesablanır. Amma, başa düşə bilmirlər ki, torpaqların bir qarışını da onlara verməyəcəyik".

 

Mehriban xanım vurğulayıb ki, Qarabağ mövzusu bir neçə məmurun beyin düşüncələrinin məhsulu yox, bütün siyasi və ictimai qüvvələrin, düşüncə adamlarının birgə müzakirəsinə çevrilməlidir. Bu işdə isə moderator dövlət olmalıdır:

 

"Qarabağın taleyi, ölkənin gələcəyi üçün məsuliyyət daşımaq istəyən bütün qüvvələr düşündüklərini səsləndirməlidirlər. Özümüzü aldatmaqdan çəkinək, övladlarımıza düşmənsiz Azərbaycan miras qoyaq. Və yaddan çıxarmayaq ki, mənfur qonşularımızın həyasızlığının və şərəfsizliyinin cavabını ən yüksək təqdirdə Azərbaycan Ordusu və əsgəri verməyə qadirdir".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”