İslamda Yoxdur: "Ölüyə Quran oxutmaq olmaz"

16:40 13-03-2019 | icon 24 | Cəmiyyət
İslamda Yoxdur: "Ölüyə Quran oxutmaq olmaz"

 

"Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT), yaxud İslam Konfransına daxil olan 57 ölkədə cəmi 500 universitet var. Bu 500 universitetin heç biri də dünyanın ən yaxşı universitetləri siyahısına düşmür. İndi təsəvvür edin ki, müsəlmanların vəziyyəti nə həddədir? Amma bu gün təkcə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 5700 universitet var. Bu, pislədiyimiz, bəzən "şeytan" adlandırdırIlan ölkə, oradakı elm dediyimiz anlayış, bu da İslamın ilk əmri "oxu!" olmasına baxmayaraq, müsəlmanların vəziyyəti. Müsəlman ölkələrində yaşayan 1.5 milyard müsəlmanın arasında 150 milyon qadının oxuma-yazma bilməməsi məlumdur. BMT-nin statistikasına görə, dünyada oxumağı yazmağı bacarmayanların azlığı müsəlman ölkələrinin payına düşür. Bu da onu göstərir ki, biz Qurandan uzağıq. Allahın ilk əmri "namaz qıl!", "Oruc tut!", "Həccə get" deyil, ilk əmri "Oxu, yaradan rəbbinin adı ilə Oxu"dur!".

Versus.Az xəbər verir ki, bu fikirləri bizimyol.info saytına videomüsahibəsində ilhaiyyatçı Elşad Miri deyib. Onun yazdığı "İslamda yoxdur" adlı kitabın çapına Azərbaycanda qadağa qoyulub. Bununla bağlı məhkəmə müstəvisinə çıxan Elşad Miri bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edib.

"Ölüyə Quran oxutmaq olmaz", "İslamda seyid anlayışı yoxdur " və s. kimi cəmiyyət tərəfindən birmənalı qarşılanmayan fikirlərin müəllifi olan Elşad Miriyə sözügedən kitabın qadağan edilmə səbəbləri, məhkəmədə baş verənlər, prezidentə müraciəti yaradan zərurət və digər məsələlərlə bağlı isuallar ünvanladıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”