Yapon qadınların gözəllik sirri 

16:48 13-03-2019 | icon 22 | Sağlamlıq
Yapon qadınların gözəllik sirri 

 

Mətbəx streci vasitəsilə cavanlaşdırıcı prosedurlar günü-gündən populyarlıq qazanır. Onun köməyi ilə üzə sauna-bürümə proseduru tətbiq edilir. Həmçinin də strecdən kosmetik vasitələrin təsirinin artması üçün də istifadə edilir.

Versus.Az  medicina.az-a istinadən yapon qadınlarının istifadə etdikləri ən təsirli cavanlaşdırıcı prosedurlardan birini təqdim edir:

Yapon qadınları bütün dünyada gözəllikləri, təmiz və hamar dəriləri ilə tanınırlar. Onlar üzlərinə bahalı üz qulluq vasitələrindən əlavə, üz masajı, yaşlanma əleyhinə maskalar, cavanlaşdırıcı komplekslər və əsrlərdir mövcud olan xalq təbabəti reseptlərini də tətbiq edirlər. Maskalardan əlavə tətbiq olunan kiçik hiylələrdən biri də üzə mətbəx strecinin bağlanmasıdır.

Bu işin sirri ondadır ki, strec bağlandıqda üzün dərisi tərləməyə başlayır və nəticədə məsamələr açılır. Məsamələri açıq olan dəriyə isə tətbiq olunan maskalar dərinin daha dərin qatlarına gedir və kollagenin sintez olunmasına şərait yaradır.

İstifadəsi:

1.Üzünüzü və boynunuzu örtəcəq qədər strec kəsin

2.Stresin üzərində göz, ağız və burun üçün deşiklər açın

 

3.Üzünüzü lasyonla silin və sabunla yuyun

4.Streci üzünüzə möhkəm yapışdıraraq 15 dəqiqə saxlayın

5.Eyni formada başqa bir strec hazırlayaraq üzərinə qalın təbəqə ilə cavanlaşdırıcı maska çəkin

6.Üzünüzdəki streci çıxararaq salfetlə qurulayın

7.Daha sonra maska çəkilmiş streci üzünüzə yapışdıraraq 15 dəqiqə saxlayın

8.Sonda plyonkanı çıxararaq üzünüzü ilıq su ilə yuyun.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı