İsa Həbibbəyli: “Müəllimlərin maaşı artırılmalıdır”

17:13 13-03-2019 | icon 23 | Təhsil
İsa Həbibbəyli: “Müəllimlərin maaşı artırılmalıdır”

 

Komitə sədri təhsil işçilərinin əmək haqqının artırılmasından danışdı.

Versus.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Milli Məclisin  Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında  “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən adı çəkilən komitəsinin sədri İsa Həbibbəyli  ötən oxunuşlarda qanun  layihəsinin müzakirəsi zamanı səsələnən təkliflər barədə məlumat verib.

Onun sözlərinə görə, müzakirələrin nəticəsi olaraq qanun layihəsindən 14 anlayış çıxarılıb:
“Bundan əlavə olaraq  ötən müzakirələrdə özəl təhsil müəssiələrində təhsil alanların dövlət hesabına tibbi müayinədən keçirilməsi təklif olunurdu, ancaq  özəl təhsil ocaqlarının buna imkanı var. Bir də tibbi müayinədən keçmək elə də böyük vəsait tələb etmir”.


Komitə sədri əlavə edib ki, digər qaldırlan məsələlərdən biri ölkədə repetitorluq institutunun ləğvi üçün müəllimlərin əməkhaqqılarının qaldıırlması təklif olunurdu:


“Bildiyiniz kimi əməkhaqqıları ölkə başçısının sərəncamları ilə artırılır. Onu da qeyd edim ki, digər sahələrdə olduğu kimi  ölkə başçısı tərəfindən təhsil və elm sahəsində çalışanların əməkhaqqıları mütəmadi olaraq qaldırılır. Repitetorluq institutunun ləğvinə gəldikdə isə hesab edirəm ki, ən uğurlu variant təmayül qruplarının yaradılmasıdır. Təmayül qrupları repetitorluğa rəqabətdə ən yaxşı alternativdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı