Ombudsmandan SƏRT AÇIQLAMA

17:23 13-03-2019 | icon 18 | Cəmiyyət
Ombudsmandan SƏRT AÇIQLAMA

 

Ötən həftə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın məzuniyyətə çıxması və səhhəti ilə əlaqədar xaricə getməsi ilə bağlı məlumat yayılmışdı.


Versus.Az xəbər verir ki, bizimyol.info yayılan həmin məlumatla bağlı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova zəng edib. Ombudsman saytımıza özəl açıqlamasında jurnalistləri qınayıb və bu barədə sərt açıqlama verib.


"Neçə illərdir ki, işləyirəm. Ola bilməz ki, məndə məzuniyyətə çıxım? Hamıdan qabaq işə gələnəm, hamıdan sonra da gedənəm. Maşallah olsun, yüksək səviyyədə də illik məruzəmiz keçdi. Mən başa düşə bilmirəm nə narahatçılıq var. Bəli məzuniyyətdəyəm. Tutalım ki, mən xaricə getmişəm. Nədir jurnalistlər dalımca xaricə gələcəklər? Xaricdəyəm, ancaq hansı ölkədəyəm deməyəcəm. Səhhətimdə isə heç bir problem yoxdur, yaxşıyam".


Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə - 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şuşa-Laçın yolu - 2019/VİDEO

Hər Novruz Bayramında kövrəlirəm

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”