DEPUTAT RUSİYAYA ETİRAZ ETDİ

17:28 13-03-2019 | icon 34 | Siyasət
DEPUTAT RUSİYAYA ETİRAZ ETDİ

 

"Rusiya Azərbaycanla zaxarovasayağı zarafatlaşıb. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur”.


Versus.Az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb. O, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya vətəndaşlarına Azərbaycana getməməklə bağlı xəbərdarlığına münasibət bildirib.


Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr:

"Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə onminlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçınılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz”.


F.Mustafanın sözlərinə görə, Azərbaycan Rusiyanın bu addımına başqa cür cavab verə bilər: "Uzaqbaşı, biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də ingilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik. Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmasa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı