Fransada mitinqlərlə bağlı qalmaqallı qanun qəbul edildi

17:33 13-03-2019 | icon 25 | Dünya
Fransada mitinqlərlə bağlı qalmaqallı qanun qəbul edildi

 

 
Fransa parlamentinin yuxarı palatası Senat 210 nəfər lehinə, 115-i əleyhinə və 18-i bitərəf olmaqla, “xuliqanlıqla” bağlı qalmaqallı qanun layihəsini qəbul edib.

Versus.Az Azvision.az -a istinadən xəbər verir ki, qanun layihəsi Fransa hökumətinə əvvəlki aksiyalar zamanı “iğtişaşlar törədən” vətəndaşların etiraz nümayişlərində iştirakına qadağa qoymaq hüququ verir. 


Fransanın daxili işlər naziri Kristof Kastaner bəyan edib ki, yeni qanun layihəsi ölkədə ictimai asayişin gücləndirilməsi və etiraz aksiyası iştirakçılarının “qorunmasına” yönəlib. Onun sözlərinə görə, əhalinin şübhələrini aradan qaldırmaq üçün qanun qüvvəyə minməzdən əvvəl Fransa Konstitusiya Məhkəməsi tərəfindən araşdırılacaq. 

 

Qanun layihəsinə əsasən, bundan sonra mitinqlərdə müxtəlif növ üzörtücü maska taxanları 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir. İştirakı qadağan olunmuş vətəndaşlar qanuna zidd gedərək yenə etiraz aksiyalarına qatılarsa, onda həmin şəxslər 6 ay azadlıqdan məhrum ediləcək və 7500 avro cərimə ödəməli olacaqlar. Mitinqlərdə iştirakı qadağan edilənlərlə bağlı bütün məlumatlar siyahı formasında dərc ediləcək. 
Parlamentin aşağı palatası sənədi 5 fevralda təsdiqləmişdi. Beləliklə, qanun layihəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minəcək. 

 

Qeyd edək ki, mitinqlərlə bağlı yeni qanun 2018-ci ilin noyabrından etibarən Fransanın bütün şəhər və əyalətlərini bürüyən, hökumətin vergi-iqtisadi siyasətinə və prezident Emmanuel Makronun hakimiyyətinə qarşı yönələn “sarı jiletlilər” etiraz aksiyalarına cavab olaraq hazırlanıb. Həmin aksiyalarda indiyədək 10-dan çox insan ölüb, ümumilikdə 8400 nümayişçi saxlanılıb. Onlardan 7500-ü həbs edilib. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı