Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirib

09:29 14-03-2019 | icon 18 | Sosial
Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirib

Nazirlər Kabineti (NK) "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, NK açıqlayıb ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. Bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

 

NK qeyd edib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konsturuksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir.

 

Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

 

Qeyd edək ki, NK-ya "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin manatın inflyasiyası nəzərə alınmaqla, hər kvadrat metrə görə 2 manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzil verilməsi təklif edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA